Sunday, September 10, 2006





Dost bağında güllər bizik دوست باغيندا گوللر بيزيك
Yad gözünə millər bizik ياد گؤزونه ميللر بيزيك
Zülmü boğan sellər bizik ظولمو بوغان سئللر بيزيك
Dənizdə tufan oğluyuq دنيزده توفان اوغلويوق

Yandırarıq yan söyləsə يانديراريق يان سؤيله سه
Qan eylərik qan söyləsə قان ائيله ريك قان سؤيله سه
Hər kim bizə can söyləsə هر كيم بيزه جان سؤيله سه
Vəchində biz, can oğluyuq وجهینده بيز٬ جان اوغلويوق

Əbəs bir kəsi sancmarıq عبث بير كسي سانجماريق
Bir kimsəyə dolaşmarıq بير كيمسه يه دولاشماريق
Namərd önündən qaçmarıq نامرد اؤنوندن قاچماريق
Biz mərd-i meydan oğluyuq بيز مرد-ي مئيدان اوغلويوق

0 Comments:

Post a Comment

<< Home