Sunday, September 10, 2006



چند شعر از توحيد آذريون، شهيد ملي آذربايجان از ديار غيرتمند سولدوز:

ايگيت سولدوزدان٬ آزربايجان ميللي شهيدي " توحيد آذريون"دان بير نئچه قوشوق




خوش گونلريم ياخيندادير

Xoş günlərim yaxındadır


آزربايجان اودلو ائليم Azərbaycan odlu elim
بالدان شيرين توركو ديليم Baldan şirin Türkü dilim
دالغالاندير منيم سئليم Dalğalandır mənim selim
هيممته قوربان من اولوم. Himmətə qurban mən olum

آسلان كيمي نعره چكه ن Aslan kimi nə'rə çəkən
نامردلرين قددين بوكه ن Namərdlərin qəddin bükən
باي بك كيمين رهبر سئچه ن Baybək kimi rəhbər seçən
جوراته قوربان من اولوم. Cür'ətə qurban mən olum

قوي دئييم بير باي بك`يمدن Qoy deyim bir Baybək'imdən
اؤز يوردومون ار تكيندن Öz yurdumun ər təkindən
دوشمنلري قير كؤكوندن Düşmənləri qır kökündən
ميللته قوربان من اولوم. Millətə qurban mən olum

جاوانلارين غئيرتي وار Cavanların qeyrəti var
قوجالارين حؤرمتي وار Qocaların hörməti var
گئچميش ائلين عيززتي وار Geçmiş elin izzəti var
عيززته قوربان من اولوم. İzzətə qurban mən olum

ساوالان تك داغلاريميز Savalan tək dağlarımız
چيچكليدير باغلاريميز Çiçəklənir bağlarımız
كوراوغلوموز٬ نيگاريميز Koroğlu'muz, Nigar'ımız
قامته قوربان من اولوم. Qamətə qurban mən olum

سازلي صؤحبتلي آشيقلار Sazlı söhbətli aşıqlar
اينسانلارا جان باغيشلار İnsanlara can bağışlar
قوي قار ياغسين هم ياغيشلار Qoy qar yağsın həm yağışlar
صؤحبته قوربان من اولوم. Söhbətə qurban mən olum

سرين – سرين بولاقلارين Sərin sərin bulaqların
قويونلارين٬ قوزولارين Qoyunların, quzuların
ياشيل باشلي سونالارين Yaşıl başlı sunaların
قيرآت`ا قوربان من اولوم. Qırat'a qurban mən olum

پئيمانه لر دول-ها-دولا Peymanələr dol ha dola
ايگيدلرين ساغدان سولا İgitlərin sağdan sola
جان وئره ريك بيز بو يولدا Can verərik biz bu yola
قودرته قوربان من اولوم. Qüdrətə qurban mən olum

يورولماسين ائللريميز Yorulmasın ellərimiz
هئچ سولماسين گوللريميز Heç solmasın güllərimiz
لال اولماسين ديللريميز Lal olmasın dillərimiz
نيييته قوربان من اولوم. Niyyətə qurban mən olum

دومان داغلار باشيندادير Duman dağlar başındadır
بوزقوردلاريم يانيندادير Boz qurdlarım yanındadır
خوش گونلريم ياخيندادير Xoş günlərim yaxındadır
شؤوكته قوربان من اولوم. Şövkətə qurban mən olum

اونوتماريق گؤزدن آخان ياشلاري

Unutmarıq gözdən axan yaşları


كؤنلوم قوشو قانادلانيب اوچماسا Könlüm quşu qanadlanıb uçmasa
وطن عئشقي اوركلرده جوشماسا Vətən eşqi ürəklərdə coşmasa
پئيمانه لر دولوب – دولوب داشماسا Peymanələr dolub–dolub daşmasa
آذر اوغلو دئدييينه چاتانماز AZƏROĞLU dediyinə çatanmaz
جاني گئتسه اؤز ائليني آتانماز Canı getsə öz elini atanmaz

ائل دئدييين قوهوم قارداش يولداشدي El dediyin qohum qardaş yoldaşdı
تورك'ون ديلي ديللر ايچينده باشدي Türk'ün dili dillər içində başdı
ندن گؤره ن ائليمين گؤزو ياشدي Nədən görən elimin gözü yaşdı
اونوتماريق گؤزدن آخان ياشلاري Unutmarıq gözdən axan yaşları
ائل كسه جك خايين اولان باشلاري El kəsəcək xayın olan başları

هاردا قاليب ايگيتليك نيشانه سي Harda qalıb igitlik nişanəsi
هاردا قاليب كوراوغلو`نون نعره سي Harda qalıb KOROĞLU'nun nə'rəsi
آزربايجان سينديراجاق قفسي AZƏRBAYCAN sındıracaq qəfəsi
ائل گووه نه ر آزربايجان آدينا El güvənər AZƏRBAYCAN adına
آزادليغي سالين اونون يادينا . Azadlığı salın onun yadına

غوربتده ياشاديم اؤز توپراغيمدا
Qurbətdə yaşadım öz toprağımda

ازليندن سؤيله ييبدير تانريميز Əzəlindən söyləyibidir Tanrımızا
بو دونيادا ظولمه عوصيان ائيله يينBu dünyada zülmə üsyan eyləyin
باش قالديريب عرشه چاتمير آهيميزBaş qaldırıb ərşə çatmır ahımız
دنيز كيمين سيز ده طوغيان ائيله يينDəniz kimin siz də tuğyan eyləyin .

گؤره ن ندير ائللريمين گوناهي Görən nədir ellərimin günahı
ظاليمي توتاردي مظلومون آهيZalimi tutardı məzlumun ahı
كؤنول ياراليدير، دؤزولمور داهيKönül yaralıdır dözülməz dahı
يارالي كؤنلومه درمان ائيله يين. Yaralı könlümə dərman eyləyin

غوربتده ياشاديم اؤز توپراغيمدا Qurbətdə yaşadım öz torpağımda
سالينديم دوستاغا بيرليك داغيمداSalındım dostağa birlik dağımda
بولبوللر اوخومور گوللو باغيمدا Bülbüllər oxumur güllü bağımda
ظاليم ساراييني ويران ائيله يين. Zalim sarayını viran eyləyin

عدالت داغلارين چيخاندا ائليم Ədalət dağların çıxanda elim
ظاليم بوغازيني سيخاندا ائليم Zalim boğazını sıxanda elim
بيرليك بايراغيني آساندا ائليم Birlik bayrağını asanda elim
دوشمن باغريني آل قان ائيله يين. Düşmən bağrını al qan eyləyin

آزادليقدير منيم درديمين درماني
Azadlıqdır mənim dərdimin dərmanı

آراز كسدي ايكي قارداش آراسينAraz kəsdi iki qardaş arasın
من آلارام گونئي گؤزو قاداسينMən alaram Güney gözü qadasın
باغلاسايديم اؤز ائليمين ياراسين Bağlasaydım öz elimin yarasın
بير دييه رديم قوناق گلين بيزلرهBir diyərdim qonaq gəlin bizlərə
قوربان اوللام او بولوتلو گؤزلرهQurban ollam o bulutlu gözlərə

اوره ك دولو كده رله ندي آغلارام Ürək dolu kədərləndi ağlaram
مرحم تاپيپ يارام اوسته باغلارام Mərhəm tapıb yaram üstə bağlaram
مردين آدين اوره ييمده ساخلارام Mərdin adın ürəyində saxlaram
آزادليقدير منيم درديمين درمانيAzadlıqdır mənim dərdimin dərmanı
من اولارام آزربايجان قوربانيMən olaram Azərbaycan qurbanı .

سيز ده قالين دورنالار
Siz də qalın durnalar

دورنالاريم اوچوب گئتدي گؤلومدنDurnalarım uçub getdi gölümdən
چوخ سؤيله ديم سيز ده قالين دورنالارÇox söylədim siz də qalın durnalar
دومان گليب، اوز چئويرمير ائليمدن Duman gəlib üz çevirmir elimdən
آزادليغين زنگين چالين دورنالار. Azadlığın zəngin çalın durnalar

گؤللريمده اوزه ر چوخلو سونالار Gözlərimdə üzər çoxlu sunalar
دورنالاريم گليب بورا قونارلار Durnalarım gəlib bura qonarlar
ظولم كؤكلري آز قاليبدي دورنالار Zülm kökləri az qalıbdı durnalar
ائل قيصاصين سيز ده آلين دورنالار . El qisasın siz də alın durnalar

محببت ايسته رسه ن گل بو ائللره Məhəbbət istərsən gəl bu ellərə
بيرليك كمريني باغلا بئللره Birlik kəmərini bağla bellərə
قوربان اوللام بالدان شيرين ديللره Qurban ollam baldan şirin dillərə
دونيايا دئييشمه م بالين دورنالار . Dünyaya deyişməm balın durnalar

ذاتيم توركودور من اوغوز نسلي يه م Zatım Türkdür mən Oğuz nəsliyəm
ائليم چوخدور من ده وارلي كسلي يه م Elim çoxdur mən də varlı kəsliyəm
بير گون اگر تورك ائليني سسله يه م Bir gün əgər Türk elini səsləyəm
سينديرارام بئليني زال`ين دورنالار. Sındıraram belini Zal'ın durnalar

Labels: , , ,

0 Comments:

Post a Comment

<< Home