Tuesday, February 27, 2007



2 ايسفند سولدوز`دا توتولانلار

2 ايسفند سولدوز`دا توتولانلارين ساييسي 150 نفري آرتميشدير. گئجه چاغلاري توتولانلارين عاييله لري طرفيندن آگاهي ايداره سينين اؤنونده آپاريلان ائعتيراض سونوجوندا چوخلو سويداشيميز بيراخيلميشدير. توتولانلارين ايچينده کيچيک ياشلي و بعضن اوشاقلار دا گؤرونوردو.

توتولانلارين چوخو آگاهي مامورلارينين ووردوغو ضربه لر آلتيندا آغير ووجود خسارتلري آليبدير. الده ائتديييميز سون بيلگيلره گؤره گئجه چاغلاري کوچه خيياواندا بيراخيلانلاردان سونرا 126 سويداشيميزين يئتديسي اورمو ايططيلاعات ايداره سينه گؤنده ريليبدير ، قالاني ايسه شهه رين حبسخاناسيندا ساخلانيليب . 126 نفر توتوقلانلاردان 27 نفري محکمه طرفيندن 3 آي زيندانا محکوم اولوبدور. قالان توتولانلارا 300،000 جريمه جزاسي وئريليبدير. توتوقلامالار شهه رين ايططيلاعات ايداره سي طرفيندن داوام ائتمکده دير .

سولدوزدا توتولان بعضي سويداشلاريميزين آدي :

عادل آللاهوري پور (آگاهي ايداره سينده اؤلوم حددينده وورولاندان سونرا شهه ردن قيراقدا ماشيندان ائشييه آتيليبدير )
سينا آزرشين : 13 ياشيندا (بو دلي قانلي ايگيد شرفسيز آگاهي مامورلارينين ووردوغو ضربه لر سونوجوندا قول و آياغي سينيبدير . بو دلي قانلي ايگيدي ده گئجه ساعات 4ده کوچه لري آغزيندا بيراخيبلار )
پيمان ولي زادگان 18 ياشيندا (بو ايگيد آگاهي ايداره سينين شيکنجه سي آلتدا و يئدييي باتوم ضربه لر سونوجوندا بؤيوک ووجود خسارتلري آليبدير )
علي نجفي 17 يشيندا
فيروز فيروزي 24 ياشيندا
محسن اوروجي
سعيد پرويزي 18 ياشيندا
داوود نوراني
آرش حسيني
عباس طاعي
قهرمان قنبري

سولدوزدا آنا ديلي گونو طنطنه لي گئچدي

21 فئبروواري آخشام ساعات 16 راده لريندن باشلاياراق سولدوزون موختليف کند و قصبه لريندن گله ن 10.000 لرله سويداشيميز شهه رين مرکزينده کي ايمام آدلانان 4. يولا توپلاشاراق دونيا آنا ديلي گونونو قئيد ائتديلر.

فارس شووئنيزمي يئنه ده تخريبات تؤره تمک آماجي ايله، لوريستاندان ضيدد-ي شوريش نيرولاريني بوگون ائعتيبارن ايکي بؤيوک عسگر داشييان هئليکوپتئرله شهه ره گتيره ره ک ماي آيينداکي جينايتلريني تئکرارلاماق ايسته دي و يورويوش ايشتيراکچيلارينا قارشي زوراچيليقدان ايستيفاده ائده ره ک سويداشلاريميزين طبيعي و دوغال حاقلاري اولان بو يورويوشو دوردورماق ايسته ديلر. شهه رين ژاندارمئري مئيدانينا چاتان 10000 لر ايشتيراکچي ، نيرو-يي ضيدد-ي شوريش طرفيندن گؤز ياشارتيجي و ساچمالي گولله لردن ايستيفاده ائده ره ک يورويوش ايشتيراکچيلاريني داغيتماق ايسته يه نده، جيخان عربده ده بير چوخ نيرو-يي ضيدد-ي شوريش و سويداشيميز بدن خسارتي آلديلار. اولاي گئجه ساعاتلارينا قده ر سوردو .

شهه رين موختليف سمتلرينده ائعتيراضلار دوام ائتدي. ايططيلاعات، آگاهي و نيرو-يي ضيدد-ي شوريش قوووه لري هئچ بير ندن گؤسته رمه دن شهه ر ساکينلرينين ائولرينين قاپيلاريني قيراراق اونلاري شهه رين ايططيلاعات و آگاهي (جينايئت آختاريش شؤعبه سينه) آپارديلار. آلينان سون بيلگيلره گؤره شهه رده حبس اولونانلارين ساييسي 150 نفري گئچميشدير. گئجه ساعاتلاريندا آلديغيميز سون بيلگيلره گؤره توتوقلانانلارين چوخو دلي قانلي و گنج ياشلي ايگيدلر اولوبدور. آگاهي ايداره سي طرفيندن توتولان چوخ دلي قانلي، وحشيجه سينه وورولاراق گئجه ساعاتلاريندا کوچه خيياوانا بيراخيليبدير. آگاهي ايداره سينده تاپدالانان بو کيچيک ياشليلارين (12-13 ياشلي) ايچينده بعضيلري ووجوددان آغير خسارتلر آليبدير. قالاني ايسه شهه رين حبس خاناسينا گؤنده ريليب.

سويداشلاريميز رئژيمدن حبس اولونانلاري درحال آزاد ائتمه يي طلب ائديب، عکس تقديرده باش وئره جک بوتون حاديثه لردن قيشقيرتيجي سيياست يوروته ن رئژيم سوروملودور.



2 İsfənd Sulduz'da tutulanların sayısı 150 nəfəri artmışdır. Gecə çağları tutulanların ailələri tərəfindən Aqahi İdarəsinin önündə aparılan e'tiraz sonucunda çoxlu soydaşımız bıraxılmışdır. Tutulanların içində kiçik yaşlı və bə'zən uşaqlar da görünürdü. Tutulanların çoxu Aqahi mə'murlarının vurduğu zərbələr altında ağır vucud xəsarətləri alıbdır. Əldə etdiyimiz son bilgilərə görə gecə çağları küçə xiyavanda bıraxılanlardan sonra 126 soydaşımızın yetdisi Urmu İttilaat İdarəsinə göndərilibdir, qalanı isə şəhərin həbsxanasında saxlanılıb. 126 nəfər tutuqlanlardan 27 nəfəri məhkəmə tərəfindən 3 ay zindana məhkum olubdur, qalan tutulanlara 300,000 cərimə cəzası verilibdir. Tutuqlamalar şəhərin İttilaat İdarəsi tərəfindən dəvam etməkdədir .

Sulduzda tutulan bə'zi soydaşlarımızın adı:

Adel Allahveripur (Aqahi İdarəsində ölüm həddində vurulandan sonra şəhərdən qıraqda maşından eşiyə atılıbdır)
Sina Azəreshin 13 yaşında (bu dəli qanlı igid şərəfsiz Aqahi məmurlarının vurduğu zərbələr sonucunda qol və ayağı sınıbdır . Bu dəli qanlı igidi də gecə saat 4 də küçələri ağzında bıraxıblar)
Peyman Vəlizadeqan 18 yaşında (bu igid Aqahi İdarəsinin şikəncəsi altda və yediyi batom zərbələri sonucunda böyük vucud xəsarətləri alıbdır)
Əli Nəcəfi 17 yaşında
Firuz Firuzi 24 yaşında
Mohsen Oruci
Səid Pərvizi 18 yaşında
Davud Nurani
Arəş Hoseyni
Abbas Tai
Qəhrəman Qənbəri

Sulduz'da Ana Dili Günü Təntənəli Geçdi

21 February axşam saat 16 radələrindən başlayaraq Sulduz'un muxtəlif kənd və qəsəbələrindən gələn 10.000 lərlə soydaşımız şəhərin mərkəzindəki İmam adlanan 4. yola toplaşaraq Dünya Ana Dili Günü'nü qeyd etdilər.

Fars şovenizmi yenə də təxribat törətmək amacı ilə, Lorestandan zidd-i Şureş Nirularını bugün e'tibarən iki böyük əsgər daşıyan helikopterlə şəhərə gətirərək May ayındakı cinayətlərini tekrarlamaq istədi və yürüyüş iştirakçılarına qarşı zorakılıqdan istifadə edərək soydaşlarımızın təbii və doğal haqları olan bu yürüyüşü durdurmaq istədilər.

Şəhərin Jandarmeri Meydanına çatan 10000 lər iştirakçı, Niru-ye Zidd-e Şureş tərəfindən göz yaşartıcı və saçmalı güllələrdən istifadə edərək yürüyüş iştirakçılarını dağıtmaq istəyəndə, çıxan ərbədədə bir çox Niru-ye Zedd-e Şureş və soydaşımız beden xesareti aldılar. Olay gece saatlarına qədər sürdü .

Şəhərin muxtəlif səmtlərində e'tirazlar dəvam etdi. İttilaat, Aqahi və Niru-ye Zidd-e Şureş quvvələri heç bir nədən göstərmədən şəhər sakinlərinin evlərinin qapılarını qıraraq onları şəhərin İtilaat və Aqahi (cinayət axtarış şö'bəsinə) apardılar .

Alınan son bilgilərə görə şəhərdə həbs olunanların sayısı 150 nəfəri geçmişdir. Gecə saatlarında aldığımz son bilgilərə görə tutqlananların çoxu dəli qanlı və gənc yaşlı igidlər olubdur. Aqahi İdarəsi tərəfindən tutulan çox dəli qanlı, vəhşicəsinə vurularaq gecə saatlarında küçə xiyavana bıraxılıbdır. Aqahi İdarəsində tapdalanan bu kiçik yaşlıların (12-13 yaşlı) içində bə'ziləri vucuddan ağır xəsarətlər alıbdır. qalanı isə şəhərin həbsxanasına göndərilib.

Soydaşlarımız rejimdən həbs olunanları dərhal azad etməyi tələb edib, əks təqdirdə baş verəcək bütün hadisələrdən qışqırtıcı siyasət yürütən rejim sorumludur.

Labels: , ,

0 Comments:

Post a Comment

<< Home