Monday, February 04, 2008


Qulamrza Həsəni İran hökumətini tənqid edib

Real

Höccətülislam Qulamrza Həsəni İran hökumətini kəskin tənqid edib. O, son günlərdə milli fəallara qarşı artan təzyiqləri pisləyib. Sulduz şəhərinin imamcüməsi Azərbaycan türklərinin haqq işini dəstəkləyərək, İran hökumətini son dönəmlərdə Güney Azərbaycanın qərb vilayətində baş qaldırmış kürd problemini çözməyə çağırıb. Qulamrza Həsəni qeyd edib ki, kürd terrorizminə qarşı mübarizə aparmaq üçün pankürdizm problemini həll etmək lazımdır: "İranda pantürkizm ideyasının yayıldığını əsas gətirərək ona qarşı mübarizə aparırsınız. Ancaq hazırda pankürdizm daha dəhşətli hal alıb. Ona görə də pankürdizm ideyasının yayılmasının qarşısını almaq üçün pantürkizmə yol açmaq lazımdır. Yəni kürd terrorçularının zərərsizləşdirilməsi üçün güclü milli düşüncənin olması labüddür". Qeyd edək ki, Qulamrza Həsəni 1979-1980-ci illərdə kürdlərin Güney Azərbaycanın qərb vilayətinə silahlı hücumlarının qarşısının alınmasına böyük rol oynamış şəxslərdən biridir. Hətta onun bununla bağlı kitabı da çapdan çıxıb.

Xalq Cibhəsi qəzeti

0 Comments:

Post a Comment

<< Home